Tuesday, December 8, 2015

Aftafa vacib şeydir

Keçənlərdə bir paylaşma gördüm, yazırdı ki, Avropalılar ayaqyolundan çıxanda əllərini yumurmuşlar. Məncə onlar aftafadan istifadə etmirlər ona görə belədi, axı əl heçnəyə bulaşmır niyə yusunlar ki? A kişi harasa işlə bağlı bir yolun düşür, məsəlçün bahalı plazalardan birinə, Avropa stilli yəni, fifoçka resepşnların səhərdən axşama qədər pasyans, mina təmizləmə iqraları oynayıb 700-800 maaş aldığı yerləri deyirəm. Ehtiyacın olur gedirsən tualetə, qardaş, aftafa yoxdu, şlanq var və ordan gələn su ilə yuyunmaq istəsən güclü təzyiq səbəb olar ki, xəsarət alasan və bütün üst başın su olsun. Qardaş nəyə lazımdı bu? Mən ora maşın yumağa gəlmişəm? Aftafa qoyun da ala ayaqyoluna. Baxıram oranın bahalı kostyumlu işçilərinə üst başları su deyil, xəsarət alana da oxşamırlar. Yoxsa?... Əmin olun, o plazaların bir mərtəbəsində olan ayaqyolunun su məsrəfi ilə bütün əhmədlini su ilə təmin etmək olar. Həm israfa yol verilməz həm də təmizlik olar. Ona görə də əzizlərim, aftafa çox vacib şeydir. Hətta bu böhran dönəmlərində qeyri neft sektorunun inkişafına dəstək olaraq aftafa istehsal edib Avropaya sata bilərik, həm biz qazanarıq həm də onlar təmiz olar. Diqqətinizə görə minnətdaram. ‪#‎dirənaftafa‬

Monday, December 7, 2015

Özümə məsləhət

Ey əziz qardaşım və ey əziz bacım! Nəfsimə deyəcəklərim var, dinləmək istəyirsənsə gəl birlikdə dinləyək:
Ey Nəfsim, Allah Firona həyat verir, nəfəs verir, qüdrət verir, şan şöhrət, saray, vəzirlər, vəkillər və s. ama Firon "ene rabbukumul ala - mən sizin ən böyük Rəbbinizəm" deyir; Allah "bunun danışığına bax" demir, "sənə bundan sonra nəfəs almaq belə haram" demir əksinə olaraq ona peyğəmbər göndərir, göndərməklə yetinməyib "onunla yumşaq danış" əmrini verir; Allaha xatir söylə ey nəfsim, bu nə deməkdir? Şəfqətin bundan gözəl ifadəsi ola bilərmi? Hətta (haşa) belə də edə bilərdi Allah: "bir kəlimə daha söylə alım canını, həlak edim səni", yox əsla yox, peyğəmbərinə onunla yumşaq danış deyir, bəlkə yola gələr, bəlkə bir nəsihət alar deyir. Allahu Əkbər, İlahi şəfqətdir bu, axı Allahın qulları üzərində əməyi var, Rəbbimiz Fironu belə gözdən çıxarmır, ondan vaz keçmir; Ey nəfsim, gəl Əbu Ləhəb surəsinə də nəzər sal; əslində "təbbət yədə əbi ləhəbin" ayəsi bir şəfqət ifadəsidir. Yəni "təbbət yədə əbi ləhəbin - Əbu ləhəbin iki əli qurusun", heç düşündünmü ey nəfsim, iki əl nədir? bir sonrakı ayə bunu açıqlayır: "mə ağna ənhuməluhu vəmə kəsəb", yəni malı və kisbi yəni qazancı. Diqqət et: Allah Əbu Ləhəb qurusun demir, iki əli yəni malı və qazancı qurusun, niyə? çünki malı və qazancı Əbu Ləhəbimi məndən aldı. Əbu Ləhəb mənim qulum, Mən ona əmək verdim hər bir qula verdiyim kimi, adam olsun deyə yaratdım, fəqət malı və qazancı onu əlimdən aldı, qurusun onu əlimdən alan iki şey, demək deyilmidir bu? Bu şəfqət deyilmi? Rəbbimizin lənəti belə şəfqətdir.
Ey nəfsim, nolar ki, sən də insanları gözdən çıxararkən bir daha düşünsən? Ön yargılarını və yargısız infazlarını kənara qoy, çünki gün gələr anidən həqiqət ortaya çıxar və ön yargılı davrandığın üçün, yargısız infaz etdiyin üçün o qədər stres keçirərsən ki, əlini dirsəyinə qədər gəmirmək istərsən, saatlarca ağlarsan, ama nə fayda qırılan qəlb artıq qırılmış, nə bir üzür nə də bir ömür yetər onu geri qaytarmağa, heç o qəlbi tapa da bilmərsən, bəlkə də həmin qəlb sakit sakit qəbrində yatmışdır. Ey nəfsim!, başqalarının həyatından örnək al, axı insan bütün səhvləri özü edəcək qədər uzun yaşamır, Ey nəfsim!, birisinin üstündən xətt çəkib kənara atarkən xətt çəkən "qələm"ini bircə saniyəlik kənara qoy, nolar əl saxla ey zalım nəfsim və Allah-Firon, Allah-Əbu Ləhəb qissələrini xatırla, xatırla ki "üstündən xətt çəkirəm, gözdən çıxarıram bunu" düşüncəsiylə nəfəs alarkən "bəs Allah bu davranışa nə deyər?" düşüncəsi "qələm"ini qırmağa mane olsun

İradəli olmaq

Çarəsiz qaldığım zamanlarda gedər, bir daş ustası tapar, onu seyr edərədim. Adam bəlkə yüz dəfə vurar daşa. Amma nəyinki qırmaq, kiçicik bir çat belə yarada bilməzdi. Sonra birdən, yüz birinci vuruşda daş ikiyə ayrılardı.Məhz o zaman anlayaradım ki; daşı ikiyə bölən o son vuruş deyil, ondan öncəkilərdir.

Uğurlu insan

Kim iyi yaşadıysa, yani çok gülüp fazla sevildiyse,
Kim zeki insanların saygısını kazandıysa,
Kim yuvasını kurup görevini yaptıysa,
Kim bir sanat eseriyle, güzel bir şiirle veya insanlara örnek olan bir ruh üstünlüğüyle bir eser verdiyse,
Kim dünyayı bulduğundan daha iyi bir şekilde bırakabildiyse,
Kim başkalarında en iyiyi arayıp onlara kendinde olan en iyiyi verebildiyse,
Kimin hayatı insanlara ilham veriyorsa,
kimin izleri ardından şükranla izleniyorsa, işte o kişi başarılı olmuştur.
[Bessie Anderson Stanley]

Sevgi nədir

Bir gün sormuşlar ermişlerden birine: "Sevginin sadece sözünü edenlerle, onu yaşayanlar arasında ne fark vardır?" diye. "Bakın göstereyim" demiş ermiş. Önce sevgiyi dilden gönlüne indirememiş olanları çağırarak onlara bir sofra hazırlamış. Hepsi oturmuşlar yerlerine. Derken tabaklar içinde sıcak çorbalar gelmiş ve arkasından da derviş kaşıkları denilen bir metre boyunda kaşıklar. Ermiş "Bu kaşıkların ucundan tutup öyle yiyeceksiniz" diye bir de şart koymuş. "Peki" demişler ve içmeye teşebbüs etmişler. Fakat o da ne? Kaşıklar uzun geldiğinden bir türlü döküp saçmadan götüremiyorlar ağızlarına. En sonunda bakmışlar beceremiyorlar, öylece aç kalkmışlar sofradan. Bunun üzerine "Şimdi…" demiş ermiş. "Sevgiyi gerçekten bilenleri çağıralım yemeğe." Yüzleri aydınlık, gözleri sevgi ile gülümseyen ışıklı insanlar gelmiş oturmuş sofraya bu defa. "Buyurun" deyince her biri uzun boylu kaşığını çorbaya daldırıp, karşısındaki kardeşine uzatarak içmişler çorbalarını. Böylece her biri diğerini doyurmuş ve şükrederek kalkmışlar sofradan. "İşte" demiş ermiş. "Kim ki hayat sofrasında yalnız kendini görür ve doymayı düşünürse o aç kalacaktır. Ve kim kardeşini düşünür de doyurursa o da kardeşi tarafından doyurulacaktır şüphesiz.
Şunu da unutmayın: Hayat pazarında Alan değil, Veren kazançlıdır her zaman

Əlinizdən gələni edin

Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi:
- Niyə bu balıqları suya atırsan?
Uşaq cavab verdi:
- Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam balıqlar öləcək.
Kişi qışqırdı: 
- Axı bu axmaqlıqdır. Bir ətrafına bax, burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək. Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:
- Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək. Sonra balaca balığı dənizə atdı

Etiraf

Atasının bağ evinə gəlib 1-2 gün qalan oğul atasına deyir:
- Ata, gəl bu köhnə ayaqyolunu dağıdaq əvəzinə yenisini tikək. Bu lap biabırçı gündədi, ayıbdı.
- Sən mənə göstəriş vermə. Ayıb heçnə yoxdu. Bağın küncündə, balaca çayın yanında durub da. Heç kim görmür.
Oğul özünü birtəhər saxlayır. Gecə hamı yatan vaxtı qaranlıqda maşını sakitcə bağa salır və ayaqyoluna vuraraq onu çaya salır. Səhər atası acıqlı halda oğluna yaxınlaşır və deyir:
- Ayaqyolunu maşınla vurub çaya sən salmısan axşam?
- Yox ata mən deyildim.
- Oğlum düzün de. Etiraf etmək bağışlanılmağın yarısıdı. Bax, qonşumuzun oğlu, dostun Samir də atasının alma ağacını qırmışdı amma etiraf etdiyinə görə atası ona heçnə etmədi. Sən aşırtmısan?
- Hə ata mən eləmişəm.
Elə bu an ata oğlunun qulağının dibindən güclü bir şapalaq vurub onu yerə sərir. 
- Ata...? Bəs deyirdin Samir etiraf elədi, atası heçnə eləmədi ona.
- Samir ağacı qıranda atası orda oturmamışdı!!!

Cənnətə gedən yol

Bir gün uzun və çətin yolla bir nəfər öz iti ilə gedir. Birdən qarşılarında böyük bir saray görürlər. Güllər, musiqi, gözəllik... bir sözlə, hər şey möhtəşəmdir.
Kişi sarayın qapısında dayanan şəxsdən soruşur:
- Bura haradır?
- Bura cənnətdir, sən ölmüsən və bura daxil olub əsl istirahət edə bilərsən. 
- Su var içəridə?
- İstədiyin qədər. Həm də təmiz fəvvarələr, sərin hovuzlar var. 
- Bəs yeməyə nəyiniz var?
- Nə qədər istəsən yeyə bilərsən. 
- Bəs mənim yanımdakı it necə olsun?
- Təəssüf ki, içəri itlə girmək olmaz. Onu bayırda saxlamalısınız.
Yolçu buna təəssüflənir və yoluna davam edir. Bir az getdikdən sonra yaxınlıqda bir ferma görür. Fermanın qarşısında oturmuş kişidən soruşur:
- Susamışam, su var sizdə?
- Əlbəttə, orada balaca quyu var. 
- Bəs mənim itim? 
- Quyunun yanında itin su içməyi üçün də qab var.
- Bəs yeməyə nəyiniz var?
- Sənə axşam yeməyi verərəm.
- Bəs itim ac qalmaz?
- Xeyr, ona da bir sümük taparıq. 
- Bəs buranın adı nədir?
- Cənnət. 
- Elə şey olar? O tərəfdəki sarayda dedilər ki, cənnət oradır axı.
- Yalan deyiblər, ora cəhənnəmdir.
- Bəs siz cənnətdəkilər buna necə dözürsünüz ki, bura gəlmək istəyənləri aldadıb ora aparırlar?
- Onların belə etməyi bizə sərf edir. Cənnətə qədər yalnız o adamlar gəlib çatır ki, öz dostlarını yarı yolda qoymurlar.

Haqqınızı tələb edin

Sən gəl marketində hər şeyin qiymətinə 1,3,5,8 qəpik artırıb onu yuvarlaqdan çıxart, haqqını istəməyən səssiz camaatdan bu pulları oğurla, qoy cibinə ol ağıllı, bacarıqlı, dvijeniyalı oğlan, mən səndən haqqım olan bu qəpikləri istəyəndə olum demaqoq???!!! Haqqınız olanı istəyin əziz dostlarım, çünki adı üstündə bu sizin haqqınızdı, sizin olandı, sizə məxsusdur. Bu gün bir qəpiyini istəməyən sabah 10 qəpiyini, o biri gün də 10 manatını istəməyəcək. Aqressiv şəkildə yox, sakitcə gözəl sözlərlə istəyin haqqınızı və alın, qorxmayın. Əgər övladlarımızın rüşvətsiz, təmiz cəmiyyətdə yaşamağını istəyiriksə hər sahədə haqqımız olanı tələb etməliyik. İmam Əlinin(ə) gözəl bir sözü var: Haqqınızı tələb edin, çünki tələb etməsəz bir gün haqqınızla bərabər şərəfinizi də itirəcəksiniz.

Monqol dublyonkası

Metroda beşi iki manata olan qara pambıq corablar vare, bax onu 28 malldan 20 manata alanları görəndə "Bəyin oğurlanması" filmindən bu sitat yadıma düşür: "Görəsən monqol turistləri monqol dublyonkasın burdan niyə alırlar?"

Körpənizi və yoldaşınızı qoruyun

Siqareti qapalı yerdə yalnız özünü zəhərləyərək çəkənlərlə işim yoxdu, öz canlarıdı necə istəsələr qəsd edə bilərlər. Amma ətrafa o zəhərli tüstünü verənlər düşmənlərim siyahısındadır. Üstəlik zəhərli tüstünün təhdidi altında olan körpə uşaq və qadındırsa lap cinə dönürəm. Ay qardaş, ay adam, çəkirsən çək amma kötüyünü niyə aşağı atırsan? Deyək ki atıb bir şərəfsizliyi etdin, bəs bu küləkli havada o kötüyü söndürmədən atıb niyə ikinci şərəfsizliyi edirsən? Az qalsın bu məsuliyyətsizliyin hesabını bir yaşlı oğlum və yoldaşım diri diri yanaraq ödəyə bilərdi, şükür olsun belə olmadı, yanğın artmadan söndürüldü. Ehtiyatlı olun dostlar bizi bu ölkədə təkcə rejim yox ətrafımızdakı insanlar da yandıra bilər. Körpənizi və yoldaşınızı qoruyun.

Nə fərqin var Yeziddən?

Aptek aşuraya görə bağlıdır. Cahilliyin kuliminasiya nöqtəsi desəm yanılmaram. Ay zalım, sən bu elədiyinlə Hüseynə (ə) yox Yezidə hörmət edirsən. Kaş bilsən. Həmən gün Yezid də suya ehtiyacı olanların üzünə suyu bağlamışdı, sən də dərmana ehtiyacı olanların üzünə apteki bağlamısan. Nə fərqin var axı sənin Yeziddən?! Nə?

Boş bekar adamlar

Adam nə qədər boş-bekar olmalıdır ki, radioya zəng vurub mahnı sifariş eləsin. Aparıcının kayfına düşəcək o mahnını verəcək ya verməyəcək. Bu da oturub onu gözləyəcək. Ala rəhmətliyin nəvəsi, 2016-cı il qapıya dirənibe, nasa uje marsda su tapıb aşağı faizli ipotekayla navastroyka tikir camaata satır. Sən zəng eləyib deyirsən "Elvira xanım, xahiş edirəm Zamiqin uçduq mahnısını verində". Get hansı mahnını istəyirsən yaz yutuba qulağından çirk gələnə qədər qulaq as da.

Səbiyyə xala

Bir Səbiyyə xala var idi, əri dənizçi idi. "Merkuri" gəmisində üzürdü. Həmin gəmi batanda ərinin meydi tapılmadı. Arvad qoymadı hüzr məclisi verməyə. Getmədiyi idarə, falçı, molla qalmadı... Arvad ərini gələcəyinə bir gün də olsun şübhə etmədi. Hətta evlərini satmağa da qoymadı. Dedim ərim bu evi tanıyır, gəlib birdən bizi tapmaz. Əri gəlməyinə gəlmədi, amma ağlı onu tərk etdi...(((

Günəşlidə rəhmət edənlərə

Onsuz da bir gün öləcəyik, bu öz yerində. Amma adamı yandıran odur ki, kiminsə məsuliyyətsizliyinin, pul hərisliyinin qurbanı olasan. Bax bu adamı iliyinə kimi yandırır. Boğazında düyümlənir qalır, nə udquna bilirsən, nə də çölə çıxara bilirsən. Gözlər qızarır, ağlamaq istəyirsən, çırtma vursalar qan damacaq vəziyyətə çatırsan. Bir ata ailəsi üçün bilirsiz nədir, təhlükəsizlik jileti, el arasında branjilet. O yaşadığı müddətcə çöldən gələn bütün təhlükələri yığır saxlayır, qoymur ailəyə dəysin. İndi isə 32 ailə atasız, müdafiəsiz, branjiletsiz qaldı. Nəyə görə??? Hansısa boynunun ölçüsü bilinməyən əclaflara görə. Allah qardaşlarımıza rəhmət eləsin.

Bəzən xoşbəxtlik

Xoşbəxtlik kriteriyalarıma bunu da əlavə eləmişəm. Gecənin bir aləmi uşaq ağlıyıb yuxudan oyanır, ya soskası ağzından düşüb, ya yuxu görüb qorxub, ya acdır və s. Növbə səndə olduğu üçün oyanıb götürürsən qucağına, ehtiyacını qarşılayıb təzədən yatızdırırsan, qoyursan yerinə. Yuxulu yuxulu dua edirsən ki, ilahi heç olmasa budilnikin çalmağına yarım saat qalmış olsun. Bu fikirlə göz atırsan telefona görürsən hələ budilnikin çalmağına 2 saat 33 dəqiqə qalıb. Sevincdən dal-dala salto vurub hoppanırsan kravata.

Krossvord

Gördüm dayının biri yaman girişib krossvorda, döşəyire, heç Polad Ələmdar o sürətlə notbukda işləmir. ağa-bəy, göyərti - cəfəri, məleykə - əsədova, güləş döşəyi - tatami və s. Deyirəm dayı, nəsə təzə sözlər var? Yoxsa elə ancaq abşda ştata Alabama yazırsız? Dedi "yoo adamın üstündə Allah var, axır iki üç ildə ştatlara ohayonu da əlavə ediblər. Arada hirslənəndə yapon intihar növü zad da salırlar, biz də xarakiri basırıq gedir."

Friday, December 4, 2015

Təktanrılıqda rəhmətin simvolu

Əhdi-Ətiqdə olan Hz.Əyyubun hekayəti onu anladır ki, insan qanundan yüksək təslimçi olmalıdır. Bu paradoksu izah etmək mümkünsə belə etmiş olaram: mal-mülkdən, yaxınlarından, sağlamlığından keçmək öz bütün kədərinə rəğmən daha "asan"dır, nəinki Tanrını ədalət qanunundan yuxarıda anlamaq.
Hz.Əyyub şeytanın bütün sınaqlarından keçdi, lakin Tanrının elə onun ədalət qanunu ilə sorğu-suala çəkdi, "nə üçün" deyə. Mənim günahım nədir ki, cəzalandım? Tanrı isə cavabında qısaca, məalı ilə cavab verdi: dünyanı ədalətlə yaradanda hardaydın, nə sual edəcək gil öz qabdüzəldəninə?!
İşin düyünü orasındadır ki, şeytan Tanrıya öncə (hələ Əyyubun var-dövləti, ailəsi, sağlamlığı əlindən çıxmamış) sual vermişdi: onu haqlı olaraqmı belə uca məqama layiq bilmisən? Onu dünyada mənə ver. İkinci dəfə isə onun özünü mənə ver deyə izn almışdı. Tanrı isə hər ikisində "qanun və insan" sualını anlatsın deyə icazə vermişdi. Əyyub sonda şeytanın Tanrıya verdiyi sualın mənaca demək olar eynisini verir: etmədiyimə görə nə üçün belə oldum.
Rəhmət olan yerdə qanun Tanrı ola bilməz, insan buna görə qanundan yüksəkdir. Tanrı "insan qurbanı" qadağan olan qanununu pozaraq, oğlunu qurban gətir deyə İbrahimlə sınağı da bunu göstərir.
Adəmə bu ağacı yemə, yoxsa "yaxşı-pis" oyununa daxil olarsan provakasiyası və bununla insanın qanunlar, örtünmə dünyasına cəlb olunması da göstərir ki, insan qanuna riayət edən, amma ondan yüksəkdir.
Yalnız eyni olduğunla qanunla çəkişə bilərsən. Vermədiyin sualın cəzası, verdiyinin rəhməti vardır. Etiraf insanın özünə verdiyi ən böyük sual olduğu üçün tövbə təktanrılıqda rəhmətin simvoludur. (Firudin Həsənov)

Bəs sizin whatsapp statusunuz profil şəklinizə uyğundurmu?

WhatsApp gözəl şeydi arada girib dost-tanışın, qohum-əqrəbanın nə işlə məşğul olduğunu görə bilirsən, hara gedirlər, hardan gəlirlər, kimin ad günüdü, qohumlardan rəhmətə gedən varmı, qız köçürdən, oğul evləndirən varmı və s. vacib məsələlərdə xəbər tutursan. Amma bu statusla profil şəkilləri üst-üstə düşməyənlər lap əla olur. Məsəlçün babasının ilində girib profil şəklini dəyişir qoyur rəhmətliyin şəklini statusa da yazır: ah baba aramızdan vaxtsız köçdün filan. Sonra üstündən bir həftə keçir qohumlarda kimsə uşağını sünnət elətdirir. Bu da sevincdən tez tələsik girib yazır ki, sünnət toyun mübarək balaşkamız, kişi oldun filan amma yadından çıxarır babanın şəklini profildən götürmək. :)