Friday, March 11, 2016

Quş kimi yazı

Nə qədər pasiyentim var ki, psixoloji problemlərinin qaynağı əsassız və ifrat qadağalardı: ağır ol, gülmək olmaz, mahnı oxumaq olmaz, sevinmək olmaz, əylənmək olmaz və s. Baxırsan ki, batman-batman enerji yığışıb qalıb adamın sısqa canında, çıxarmağa yer yoxdu

Qış nəhayət ki, inadından əl çəkib yerini bahara verməyə hazırlaşır deyə günəş Yaroslavlın səmasında daha çox görünməyə başlayıb və bunun nəticəsi olaraq gün xeyli uzanıb. Artıq o dar dalanları xatırladan cəmi 4-5 saatlıq soyuq qış gündüzlərindən əsər-əlamət yoxdu. Gündüzlə yanaşı sanki köksümüz də genişlənib, eynimiz də açılıb. Yox, sutka həmən 24 saatdır, bircə dəqiqə belə artmayıb, lakin yenə də sənə elə gəlir ki, dünyanın eni-uzunu çoxalıb, nəfəs almaq daha rahatlaşıb. Quşlar da bu genişlənməni duyublar, nədi, hara baxırsan quşdur Yaroslavlın bugünkü ap-aydın səması.

Azadlıq böyük nemətdir, əlbəttə! Və nədənsə səmadakı ədabaz buludlardan birini seyr edə-edə Yusifin Ayşənə dediyi o məşhur cümləni xatırlayıram:
Azadlığım – ürəyim hər istədiyində sənə gələ bilməkmiş, indi anladım.

“Mən” obrazının yaradılması E. Fromm, A. Maslou, Karl Rocers kimi Amerika psixoloqlarının ən diqqətəlayiq elmi nəzəriyyələrindən biridir; onların fikrincə bir neçə “mən” obrazı mövcuddur:

1)Real “Mən”,
2)İdeal “Mən”
3)Digərlərin gözündə olan “Mən”.

Psixoloqlar deyir ki, bu 3 “Mən” obrazı üst-üstə düşməlidir və ancaq bu halda insanın normal inkişafından danışmaq olar. İdeal “Mən” real “Mən”dən, başqalarınn gözündə olan "Mən" real "mən"dən fərqlənirsə, insan bir saxtakarlıq hiss edir, özünə hörmət edə bilmir və bu onun normal inkişafına mane olur. Bizdə yaranan gərginlik, təlaş, özünə inamsızlığın da səbəbi, çox vaxt məhz bu üç “Mən”in arasındakı uyğunsuzluqdur. Çətin məsələdi axı: xəyal etdiyin şəxsiyyətinlə real şəxsiyyətinin, eləcə də millətin gözündə olan şəxsiyyətinlə həqiqətdə olan şəxsiyyətinin üst-üstə düşüb eyni (ən azından bənzər) olması. Çətindir, fəqət həqiqi hüzur və xoşbəxtlik, həqiqi azadlıq da elə bundadır.

Hamının hörmət etdiyi tanınmış bir ziyalıyla dərdləşirik, deyirəm:

- Sizin yerinizdə olmaq istəməzdim.

- Vallah, heç özüm də - deyib yorğun-yorğun gülür. Bu əziz insan niyə yorulub, bilirsiniz? İctimai qınağa tuş gələcəyindən ehtiyatlanıb “real mən”indən uzaqlaşdığı, başqalaşdığı, başqası olduğu üçün. Adam neçə il masqa taxmaq məcburiyyətində qalar axı?! Zulumdu, zulum! Mən deyərdim ən əzabkeş insan məhz özü kimi olmaq istəyib (hansısa məcburiyyətlərə görə) ola bilməyən insandır. Şərq dünyasını gözünüzün önünə gətirin. İctimai xadimlər, maarifçilər, ziyalılar… necə də yorğundular, aman Allah! Çünki onların ictimai xidmət, maarifçiliklə yanaşı həm də heç bir kitabda yazılmamış belə bir daha vacib “vəzifələri” var:

“İstədiyin kimi sərbəst davrana bilməmək!”

Bu yazılmamış qanunu biz – sən, mən, o yaratmışıq. Niyə axı, ay qardaşım, niyə yükləyirik insanları, niyə daraldırıq (qaraldırıq) onların mavi səmasını? Niyə qoymuruq rahat nəfəs alsınlar? Həm də üzümü ictimai xadimlərə tutub soruşuram: niyə düşürsünüz axı qəlibə? Niyə (gizlində) bir cür düşünür, (aşkarda) başqa cür davranırsınız? Niyə çərçivələri sizə özünüz deyil, başqaları təyin edir? Niyə qorxursunuz? Niyə yenilirsiniz? Niyə mübarizə etmirsiniz?

Məncə elə bu da “azadlıq uğrunda” mübarizədir!
Sakitləşirəm. Sosial şəbəkələrdə olan maraqlı hadisələr təsbeh dənələri kimi düzülür gözümün önünə. Təsəvvür edin, paylaşımımın altında ciddi-ciddi “Müəllim, kölgənizdən üzr istəyərək, sizin yazınıza bir münasibət sərgiləmək şərəfinə nail olmaq istəyirəm” yazıb inboksda “ə, yaman yazmısan aa, qaşqannan öpürəm” yazan ictimai xadimlər gördük. Bu nədi? Niyə belədi? Bəlkə elə belə də olmalıdır? Doğrumudur, yanlışmıdır? Bimirəm. Bildiyim bir şey var ki, artıq yükdür, yorucudur, incidicidir.

Nə qədər pasiyentim var ki, psixoloji problemlərinin qaynağı əsassız və ifrat qadağalardı: ağır ol, gülmək olmaz, mahnı oxumaq olmaz, sevinmək olmaz, əylənmək olmaz və s. Baxırsan ki, batman-batman enerji yığışıb qalıb adamın sısqa canında, çıxarmağa yer yoxdu. Əzizi-mənlər, bax bu uçuşlarını izlədiyim azad quşların ciggiltilərindəki sevincə and olsun, qadağaları minimuma endirmək lazımdı, yalnız fundamental və arqumental olan vacib məsələlərə qadağa qoyun, xüsusən, əgər qarşınızdakı uşaqlardırsa. Əmin olun, hansısa sevinci qadağan etmək üçün onlara oxuduğunuz "fəlsəfi mühazirələriniz" onların başına batmır, batmırsa, uşaq ta ölənəcən elə o qadağan olunan şeyin görməmişi olur.

Üstəlik, bu tip qadağalar onlarda, (elə böyüklərdə də) Froydun dili ilə desək, sublimasiya olunur, yəni, enerji təbii yolla çıxmırsa, başqa bir yerdən eybəcər formada partlayış edir; enerjini, azadlığı, sevinci zorla içində boğursansa o dəhşətli fəsadlar yaradır.

Sevinməyə, gülməyə, əylənməyə bəhanə və şəraitləri olmayan cəmiyyətlərdə İŞİD yaranır, özü də çox rahatlıqla!

Əraf surəsi, 157-ci ayəyə baxın, Ulu Rəbb əziz peyğəmbərimizin vəzifələrini sadalayarkən birini də belə qeyd edir: “…(elçimiz) onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar…” Yəni, peyğəmbər həm də bunun üçün gəlib, gəlib ki, ayağımızdakı zəncirlərdən, çiynimizdəki artıq yüklərdən xilas etsin bizi. Xilas olaq, uçaq, uçaq, uçaq, merac eləyək, xoşbəxt olaq. Axı həzrət Məhəmməd özü də “asanlaşdırın, çətinləşdirməyin” deyirdi. Bəs niyə unuduldu bu mübarək təlimlər? İndi dinə baxsaq, sanki yükdən azad etmə deyil, yükləmə rolunu oynayır; yüngülləşdirməliydi, ağırlaşdırır, asanlaşdırmalıydı, çətinləşdirir… bu tərsəməzzəblik içində insan yazıq başını itirməsin, neyləsin?!

Yazı yekunlaşır, boylanıb səmaya baxıram, quşlar hələ də uçur, uçur, uçur...

Siz heç darıxan quş gördünüzmü?

Müəllif: İlqar Kamil

Thursday, March 10, 2016

Umberto Ekonun nəvəsinə məktubu

“…Hər ehtimala qarşı, sənə insanla insan, yaxud insanla heyvan arasında cinsi oyunları nümayiş etdirən pornoqrafik saytlarda vaxt keçirməməyi tövsiyə edərdim. İnsanlar arasındakı seksual münasibətlərin bu sıxıcı hərəkətlərdən ibarət olduğuna inanma! Bu hoqqaları məhz ona görə uydurublar ki, sən bütün gün evdə oturasan və gedib real qızlarla tanış olmaq fikri ağlına da gəlməsin…” 
Görkəmli İtaliya yazıçısı və filosofu Umberto Eko öz nəvəsinə (əslində, bütün gənclərə!) ünvanladığı Yeni il müraciətini bu cür adlandırmışdır. Məktubu sizə təqdim edirik: 
 
-Əziz nəvəm!
Mən istəməzdim ki, bu Yeni il məktubu nəsihətvari, yəni, bir növ De Amiçis (əsasən uşaqlar üçün əsərlər yazan italyan şairi, Nobel mükafatı laureatı- İkinci Mahmud) ruhunda səslənsin və sanki, bəşəri ideyaları təbliğ edirmiş kimi görünsün. Onsuz da, sən mənə qulaq asmayacaqsan (mən artıq çox qocalmışam, sənsə böyümüsən), həm də bu gün dəyərlər sistemi o qədər dəyişib ki, mənim məsləhətlərim sənə yersiz görünə bilər. Beləliklə, bircə dənə məsləhət verəcəm, elə bir məsləhət ki, bax bu dəqiqə sən öz planşetini əlində tutarkən də praktik cəhətdən yararlı olsun. Mən planşetlə bağlı sənə heç bir tövsiyə verməyəcəm, axmaq qoca kimi görünmək istəmirəm. Axı elə mənim özüm də planşetdən istifadə edirəm. Hər ehtimala qarşı, sənə insanla insan, yaxud insanla heyvan arasında cinsi oyunları nümayiş etdirən pornoqrafik saytlarda vaxt keçirməməyi tövsiyə edərdim. İnsanlar arasındakı seksual münasibətlərin bu sıxıcı hərəkətlərdən ibarət olduğuna inanma. Bu hoqqaları məhz ona görə uydurublar ki, sən bütün gün evdə oturasan və gedib real qızlarla tanış olmaq fikri ağlına da gəlməsin. Ehtimal ki, sən heteroseksualsan, ona görə də indi deyəcəklərimi sənin vəziyyətinə uyğun qəbul et: məktəbdə və ya oyun meydançalarında qızlara göz qoy, onlar televiziyalarda göstərilən yalançı personajlardan daha gözəldirlər və nə vaxtsa sənə əsl sevinc bəxş edə bilərlər, nəyinki “online qızlar”. İnan mənə, çünki mənim bu işlərdə təcrübəm var. (Əgər mən ömrüm boyu həmin seksual oyunları izləsəydim, sənin atan dünyaya gəlməyəcəkdi və deməli, sən də olmayacaqdın.)
Amma mən səni və bütün yaşıdlarını yoluxdurmuş, indi artıq universitetlərdə də tədris edilən bu “xəstəlik” haqda danışmaq istəməzdim…
 
Mən yaddaşın itirilməsindən danışmaq istəyirəm. Düzdü, əgər sənə Böyük Karlın kim olması yaxud Kuala-Lanpurun harda yerləşməsi haqqında məlumat lazım olsa, bircə düyməyə basaraq bunu internetdən öyrənə bilərsən. Lazımdırsa, bu cür də et, amma həmin informasiyalar növbəti dəfə yenə lazım olanda, məsələn, məktəbdə təzədən internetə girməmək üçün çalış ordakı məlumatları yaxşı-yaxşı yadında saxla. Bircə pis iş var ki, kompyuterə istənilən an bütün suallarına cavab verməyə qadir bir qurğu kimi baxmağın informasiyaları yadında saxlamaq həvəsini öldürür. Məsələnin mahiyyətini daha yaxşı dərk etmək üçün sənə balaca bir misal çəkəcəm: adam biləndə ki, bir küçədən başqa küçəyə avtobusla yaxud metro ilə çox rahatlıqla və ləngimədən gedib çata bilər, onda o, fikirləşir ki, piyada getməyin heç bir mənası yoxdur. Əgər sən, ümumiyyətlə piyada yeriməyi tərgitsən, onda yalnız əlil arabasında hərəkət etməyə məcbur olan bir varlığa çevriləcəksən. Yox, yox, əlbəttə mənim xəbərim var ki, sən idmanla məşğul olursan, öz bədənini idarə etməyi bacarırsan, amma gəl qayıdaq sənin beyninin məsələsinə…
 
Yaddaş da elə bir növ sənin ayaq əzələlərin kimi bir şeydi. Əgər məşq eləməsən, o, öləziyəcək və sən idiota çevriləcəksən! Bundan əlavə hamımızın qocalıqda Alshaymer xəstəliyinə düçar olmaq ehtimalımız var və bu xoşagəlməz vəziyyətdən qurtulmağın ən yaxşı yolu yaddaşımızı daima məşq elətdirməkdən ibarətdir. Gəl sənə belə bir resept verim: uşaqlıqda bizi buna məcbur etdikləri kimi hər səhər balaca bir şeir parçası tap, əzbərləməyə çalış. Hətta dost-tanışlarınla birgə “yaddaş yarışı” da keçirə bilərsiz. Əgər şeiriyyatdan bir o qədər də xoşun gəlmirsə, onda, məsələn, futbol komandalarının tərkibini əzbərləməyə çalış, amma bir şərtlə ki, təkcə Roma klubunun yox, həm də başqa klubların oyunçularını, eyni zamanda həmin komandaların keçmiş tərkiblərini (təsəvvür elə,  mən Superqa təpəsinə qəzaya uğrayan təyyarənin göyərtəsindəki Turin klubun bütün keçmiş üzvlərini xatırlayıram: Baçiqalupo, Ballarin,  Marozo və s.) yadda saxlamalısan. Yarış keçirin, görək kim oxuduğu kitabları daha yaxşı yadında saxlayır: gör dostların üç muşkeytorun və Dartanyanın qulluqçularının adını (Qrimo, Bazen, Muşketon və Planşe) xatırlayırmı. Əgər “Üç muşketyor”u oxumaq istəmirsənsə, (onu da bil ki, çox şey itirirsən!) onda bu yarışı oxuduğun hansısa başqa bir kitab üstündə qurun. Bu, adicə oyuna bənzəsə də, – doğrudan da, bu, adicə oyundur – bir də baxacaqsan ki, beynin müxtəlif personajlarla, hadisələrlə və xatirlərlə aşıb-daşır. İndi durub soruşa bilərsən ki, bəs niyə vaxtilə kompyuteri “elektron beyin” adlandırırdılar. Ona görə ki, kompyuter sənin (bizim) beyninin modeli kimi düşünülüb, amma unutma ki, insan beyni kompyuterdən qat-qat daha üstündür. Sənin beynin- sənin kompyuterindir; o, hər zaman yanındadır; onu xüsusi məşqlərlə daima genişləndirmək imkanın var, doğruçu kompyuteri isə, özün də bilirsən ki, çox yükləyəndə sürəti zəifləyir və bir müddət sonra gərək yeniləyənsən. Sənin beynin isə düz 90 yaşınadək sənə xidmət edə bilər, əgər lazımi məşqləri etsən, hətta 90 yaşında da indi xatırladıqlarını xatırlaya bilərsən. Özü də, kompyuterdən fərqli olaraq beynindən istifadə etmək havayıdır. 
 
Bir də tarixi yaddaş deyilən bir şey var, bunun həyatındakı hadislərlə yaxud oxuduğun kitablarla əlaqəsi yoxdur. O, sən doğulanadək baş vermiş hadisələri özündə qoruyub-saxlayır. İndiki zamanda əgər kinoteatra gedəsi olsan, gərək filmə lap başdan baxasan. Filmin əvvəlindən axırına  kimi, elə bil, kimsə sənin uşaq tək əlindən tutub orda baş verən hadisələri izah etməyə başlayır. Mənim dövrümdə isə kinoteatra, kefin nə vaxt istəsə, gedə bilərdim, hətta filmin ortasında da. Hadislərin çoxu sən içəri girənədək baş vermişdi, indi gərək əvvəlki hadisələri özün təxmin edəydin. Film təzədən başlayanda bayaq təxmin etdiyin şeylərin doğru olub-olmadığını görə bilərdin, əgər film xoşuna gəlsəydi, oturub başdan baxa bilərdin. 
 
Həyat da, bir növ mənim dövrümdəki filmlər kimi bir şeydi. Biz dünyaya o zaman gəlirik ki, artıq bizədək min illər ərzində çox sayda hadisələr baş veriş olur, burda ən vacib şey- bizədək olan hadisələri təxmin etməkdir. Bu yolla indi baş verən hadisləri daha yaxşı dərk edə bilərsən. Bu gün məktəblərdə sənə sən doğulanadək baş vermiş hadisələri yadda saxlamağı öyrətməlidirlər. Onlar bunu edə bilmirlər! Müşahidələr göstərir ki, 1990 təvəllüdlü gənclər, hətta universitet tələbəli belə, 50 il bundan əvvəli qoyaq bir yana, heç 1980-ci illərdə baş vermiş hadislərdən xəbərləri yoxdur, ola bilsin, heç bilmək də istəmirlər. Statistika göstərir, bugünkü gənclərdən Alde Moronun kim olması haqqında soruşanda onlar cavab verirlər ki, o, “Qırmızı briqada”nın üzvü olub, əslində isə, Alde Moro məhz bu gizli, radikal-solçu təşkilatın üzvləri tərəfindən qətlə yetirilmişdi. “Qırmızı briqadanın” fəaliyyəti bu gün də çoxları üçün sirr olaraq qalır, halbuki onlar cəmi otuzca il bundan qabaq siyasi səhnədə idilər.
 
Mən faşistlərin hakimiyyətə gəlməsindən 10 il sonra- 1932-ci ldə doğulmuşam, amma mən bilirdim ki, Roma marşı zamanı baş nazir kim olub. Ola bilsin ki, mənə həmin baş nazirin necə axmaq və qorxaq olduğunu (“qorxaq Fakta”) izah etmək üçün onun haqqında faşist məktəbində danışmışdılar. Qoy elə olsun, amma ən azından, mən onun adını eşitmişdim. Məktəbi qoyaq bir tərəfə. İndiki gənclər özlərindən iyirmicə il əvvəlki kino artistlərini tanımırlar, amma mən mənim dünyaya gəlməyimdən 20 il qabaq kinoya çəkilmiş Françesko Bertininin kim olduğunu bilirdim. Ola bilsin, bu, mənim evimizdəki köhnə jurnalları vərəqləməyi xoşladığıma görə idi. Mən sənə də köhnə jurnalları vərəqləməyi tövsiyə edərdim, bu, sən doğulandan əvvəlki hadisələri daha yaxşı anlamağa kömək edəcək. 
Bəs uzaq keçmişdəki hadisələri bilmək bizim nəyimizə lazımdı? Çünki bu cür bilgilər bizə bugünkü hadisələri dərk etməkdə yardımçı olur və hər halda, futbol komandaları haqqında olan informasiyalar kimi yaddaşımızı yaxşılaşdırmağa xidmət edir.
 
Onu da bil ki, sən öz yaddaşını təkcə kitab yaxud jurnallarla deyil, həm də internet vasitəsilə məşq etdirə bilərsən. İnternet təkcə sən öz dostlarınla laqqırtı vurasan deyə yaradılmayıb, o, həm də dünya tarixini öyrənmək üçün yararlı vasitədir. Xettlər və kamizarlar kimdirlər? Kolumbun gəmiləri necə adlanırdı? Dinozavrlar nə zaman məhv olublar? Öküzün əcdadı necə adlanırdı? Mali imperiası haqqında nə bilirsən? Bu haqda ilk dəfə kim məlumat vermişdir? İlk Roma Papası kim olub? Miki Maus nə zaman yaradılıb?
 
Sənə sonzuz sayda bu tip suallar verə bilərəm və bu,  səninçün gözəl araşdırma mövzusu olardı. Bunların hamısını yadda saxlamaq lazımdır. Vaxt gələcək sən də qocalacaqsan, əgər Vaterloo döyüşündə iştirak etsəydin; Yuli Sezarın öldürülməsinə şahid olsaydın, Bertold Şvarçın qızıl əldə etmək üçün əlinə keçən bütün maddələri qarışdıraraq təsadüfən barıtı kəşf etdiyi və partlayışdan havaya uçduğu (ona bu da azdı!) yerləri gəzsəydin, sənə elə gələrdi ki, bir yox, min ömür yaşamısan. O biri dostların isə yaddaşlarını zənginləşdirməyə cəhd göstərmədiklərinə görə yalnız bircə ömür – öz yeknəsəq və böyük emosiyalardan kasad ömürlərini yaşayacaqlar.
Qısası, öz yaddaşını zənginləşdir və sabah “La Vispa Tereza”nı əzbərləməyə çalış..
 
Tərcümə : İkinci Mahmud

Wednesday, March 9, 2016

Qədər (tale/kader) nədir?

QƏDƏR (TALE/KADER) NƏDİR?

STATİK QƏDƏR:
Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. Onlara bir xeyir yetişdikdə: “Bu Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər. De: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır! 4/78

DİNAMİK QƏDƏR:
Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması kifayət edər. 4/79

Nədir dalbadal gələn bu ayələrin anlami?

Burda önəmli bir ayırma gərəkdir. Allahın təyin etdiyi ümumi qədər-Allahin ölçüsü,nizamı və sistemi. (17/77) Sünnətullah. Buna STATİK qədər deyək. Allah öz statikasında bütün yaradılışın sistemini təyin etmiş və hər şeyin qanununu öz işərisinə yerləşdirmişdir. Hər şey barış və nizamla bu sistemdə öz işini-qulluğunu görər.
İnsanın cinsi, irqi, ailəsi və s. kimi seçimlər statik qədərə daxildir ki, heç kim bunu seçmir və bundan MƏSUL da deyil.
Və bir də bu ümumi qədərin içində İNSAN üçün verilmiş xüsusi bir qədər, ölçü də var: İRADƏ, SEÇİM. Buna DİNAMİK qədər deyək.
İnsanın dinamik qədəri - bu seçim qabiliyyəti nəticəsində Allahın statik qədərinin onun üçün düşəcək tərəflərini seçər və öz taleyini həll edər. Və təqdim olunan bütün variantlar Allahın statikasına-elminə daxil olduğu üçün Allah mümkün bütün nəticələri bilir. Amma hansı nəticəni seçmək insanın qədərinə bağlıdır.

Bir misal:
Maye qəbul etmək insan üçün statik qədərdir. Yəni etməsə yaşaya bilməz. Amma nə qəbul edəcəyi (su və ya şərab) bax bu insanın qədərinə, seçiminə buraxılmışdır.
Deməli, imtahan STATİK qədərə görə deyil, DİNAMİK qədərə görədir.
Məsul olduğumuz SİSTEM deyil, sistemde tutacağımız MÖVQEMİZDİR!

Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir). 76/3

Müəllif: Vüsaləddin Rüstamov

Körpəmi, köpəkmi?


Təsadüfmü? Birisi çıxıb İslamın qadını alçaltdığını iddia edir. Bu söz nə cür olursa olsun analığa toxunur. Axı bu nə deməkdir? İslamın qadını alçaltdığını iddia edən "müasir" bəy və ya xanımların ağıllarının dibini qazısaq, analığı çox pis bir şəkildə alçaltdıqlarını görərik. Onların ortaq nöqtələri də elə məhz budur.
Analığı alçaltmanın yolları çoxdur. Bunların ən önündə isə dünyanın ən şərəfli işini görən analara "boş qadın" olaraq davranmaq durur. Onlara ("müasir"lərə) görə işləmək üçün evdən çıxmaq lazımdır. Yolu görmək yola görünmək lazımdır. Bir qadının "işləməsi" üçün özünü cəmiyyətə göstərməsi şərtdir. Sabah səkkizdən axşam doqquza qədər (çünki qadın ucuz işçi qüvvədir) işdə olması şərtdir. Bunun üçün başqa şeylər də lazımdır: "Müasir" görünüşün vaciblərindən olan şeylər. Axı hər gün eyni paltarda, eyni saç rəngiylə, eyni ayaqqabılarla, eyni çantayla işə getmək olmaz... Axı yeniləmək lazımdır, rəngini uyğunlaşdırmaq lazımdır... Saça uyğun paltar, paltara uyğun ayaqqabı, ayaqqabıya uyğun çanta, çantaya uyğun pulqabı, ona uyğun telefon və s. lazım... Dəbi keçənləri dəyişdirmək lazım. Bunun üçün də dəbi izləmək lazım... Qısacası istehsal-istehlak ikilisinin çarxında yağ, dəyirmanında un olmaq lazım... Bax elə bütün bu saydıqlarım üçün də işləmək lazımdır. Axı işləmədən bu xərcləri necə qarşılamaq olar? Daha yaxşı görünmək üçün daha çox qazanmaq lazım, o da çatmırsa daha da çox lap çox qazanmaq lazım, çünki yaxşı görünmək üçün daha çox xərcləmək lazım... Görünmədən daha da çox qazanmaq mümkün deyilsə o zaman daha çox görünmək lazım... Qısacası hərkəsdən yaxşı görünmək üçün hərkəsdən çox xərcləmək, hərkəsdən çox xərcləmək üçün də hərkəsdən çox qazanmaq lazım... İndi bunların hansı hansına lazımıydı deyə soruşsam, vallah ağlım çaşdı deyərsən...
Evdən çıxıb işə getməyən qadının işi "iş" deyil. O yuxarıdan baxılan, "evdar qadın" deyə xitab edilən bir "aciz"dir. Evinin xanımı olmaq "müasir"lərə görə dodaq büzüləcək bir işdir. İşgüzar qadın daha xoş səslənir axı, hətta küçə qadını belə "evdar qadın"dan daha yaxşı və xoş gəlir "müasir"lərə. Axı "müasir"lərə görə o ərinin pulunu yeyir. Müdür pulumu??? Müdür tənqidimi??? Başqa kişilərin ağız qoxusumu??? Hər işə gediş gəlişdə nəqliyyatdakı narahatlıqlarmı??? Bunlar hələ işin bir parçasıdıre ay qardaş, o "müasir"lərə görə yetər ki ər sözünü, məsləhətini dinləmə, istər müdür istərsə kim olur olsun onları dinlə... Hətta onlara görə bazar satıcısının attığı söz belə ər sözündən üstündür...
Evdar qadın, üüü! Hələ o azad deyil qardaş. Ama işgüzar "azad" qadın işdən yarım saat tez çıxdığı üçün müdüründən eşitdiyi o acı sözlərə baxmayaraq "azad"dır, işdəki həbsxana rejiminə baxmayaraq "azad"dır. "Sabah vaxtın varmı?" sualına "İşdə olacağam, işdən yorğun qayıdıram" cavabına baxmayaraq "azad"dır. Amma evdar qadın isə "əsir"dir qardaş... Amma o anadır, övladları var, yəni dünyanın ən dəyərli, ən soylu, ən görkəmli işini görür. Yəni insan yetişdirir. Çünki uşaqlar küçədə deyil, evdə yetişər... Necə ki saf, dolğun və ətirli meyvənin yetişməsi üçün diqqətli, həssas və şəfqətli bağban nəfəsi və qayğısı lazımdır...
Ama o yenə də "işsiz" qadındır... Analıq işləmək sayılmır. "Müasir"lərə görə analıq işsizlikdir. Analıq muzdlu köləlikdir. Qardaşım, bunun gülünc olan tərəfi də nədir bilirsən?: başqalarının dünyaya gətirdiyi körpələrə baxmaq üçün qurulan uşaq baxçalarında işləmək iş, orada işləyənlər "işləyib istehsal edən qadın" sayılır, ama özünün dünyaya gətirdiyi körpələrə baxmaq "iş" sayılmır. "Müasir"lər gözlənilmədən ana olduqlarında isə ailələrinin durumuna baxın: ata işə, ana işə, körpə baxçaya, ev pansion, ailə pansiyoner...
Ey əziz qardaşım və bacım, bax elə bu nöqtədən sonra "körpəmi, köpəkmi?" dilemması yaranır: Eynilə Fransada, Almaniyada, Hollandiyada olduğu kimi. Köpək körpədən daha sevimli olur "müasir" qadın üçün, çünki vücudu deformasiyaya uğramır axı... öyle yaa, şəhvətpərəst və bədənədüşkün müasirliyin həqiqətləridir bunlar, bunları görmək lazım...
Amma kiçik bir problem: Köpəyin illa da kiçik olması lazım, qucağa alınıb seviləcək qədər kiçik... Nə də olsa o qadındır, bir canlını qucağına alıb sevmə duyğusu yaradılışdan ona verilmiş, çarəsi yox, sevəcək. Amma, köpək yerinə körpə sevsə olmazmı? Bu suala Avropanın köpək-körpə (yan yana yaxşı səslənmir, amma inşallah anlayış göstərərsiz) statistikasını qarşılaşdırdığımızda bu cavabı alırıq: Yox, əsla olmaz! (Almaniyada qeydiyyatda olan köpəklərin sayı təxmini olaraq qeydiyyatda olan insan sayı qədərdir). Yaxşı bəs, niyə düşünmürlər köpəyin də ən az körpə qədər məsrəfinin olduğunu?... Gözlənilmədən dünyaya körpə gətirsə belə analığı sevməmiş və sevərək analıq etməmiş. Analıq etmədiyi üçün duyğuları inkişaf etməmiş, həyat təcrübəsi inkişaf etməmiş, elm desən sıfır, amma eybi yox; onun köpəyi var və bir də sabit işi var. O özünü bütün analara yuxarıdan aşağı baxmaq məqamında görür...
Ey "müasir" bəy və xanım, Cənnəti anaların ayaqları altına sərən İslam qadını alçaltmadı, fəqət cənnəti bu dünyada axtaran tək dünyalı siz "müasir"lər gözümüzün içinə baxa baxa analığı alçaldırsınız, üstəlik sizin hər birinizi bir ananın dünyaya gətirdiyini unudaraq !!!
Çox ayıb! Çox şərəfsiz! Çox düşüncəsiz!

Məqalə: Mustafa İslamoğlu
Tərcümə: Əşrəf Səfərli

Wednesday, March 2, 2016

Təbbət surəsi və düşündürdükləri

Tebbet Suresi ve düşündürdükleri

Surenin Resûlüllah'ın amcası Ebû Leheb hakkında nazil olduğu ve onu lanetlediğine dair yaygın kabul vardır. Hatta ölümü bile bu sure ile ilişkilendirilir ve helak olarak sunulur.
Oysa,
1. Ebû Leheb'in Bedir savaşından sonra (624) öldüğünü biliyor muydunuz? Yani ölümü bu sure ile ilgili değil. Sure ise ilk Mekkî sureler gurubundandır. Surenin ait olduğu dönemle ölümü arasında en az on yıl fark vardır.
2. Ebû Talib'in vefatından sonra Ebû Leheb'in Resûlüllah'ı himaye ettiğini, buna mukabil diğer amca Abbas'ın ise Resûlüllah'ı hiç korumadığını biliyor muydunuz?
3. Peki, sure daha önce nazil olduğu halde, Kur'ân'ın telin ettiği bir Ebu Leheb'in Resûlüllah'ı koruması mümkün mü?
4. Nitekim müşriklerin tahrikleri sonucu, Resûlüllah'ın hâlâ atalarının dinine küfrettiği ve onları cehennemlik olarak nitelediği gerekçesiyle korumadan vazgeçmiştir.
5. Peki, Ebû Lahab'in Bedir savaşına katılmayıp, diğer amca Abbâs'ın katıldığını ve esir düştüğünü kaç kişi dile getirdi?
6. Esir edilen Abbâs'ın İslâm'ı kabul etmeyip diyet ödeyerek serbest kaldığını ve Mekke'ye döndüğünü hiç dikkat ettiniz mi?
7. Amca Abbas'on Mekke'nin fethine kadar Hz. Peygamber'in yanında hiç yer almadığını fark ettiniz mi?
8. Abbas ile Ebû Süfyan Mekke'nin fethinden sonra İslâm'ı kabul etmek zorunda kaldığı halde, Ebû Süfyan'ın sürekli kötü tanıtılıp Abbas'ın ise Resûlüllah'a destek veren birisi olarak tanıtılma yalanını kaç kişi fark etti?
9. Son bir soru: Resûlüllah'ı müşrikler Mekke'de kovalarken Ebû Süfyan'ın evine sığınıp korunduğunu bilen var mı? Mekke'nin fethinden sonra "Kim Ebû Süfyan'ın yanında yer alırsa emniyettedir" sözünü Resûlüllah acaba ne için söylemiş olabilir?
108. Ebû Talib'in vefatından sonra müşriklerin baskısına maruz kalan Abbâs, ne iş yapardı? Onun iyi bir tüccar olduğunu ve Haşimilerin en zengini olduğunu düşünürseniz, sizce niçin Resûlülah'ın yanında yer almamış olabilir?
10. Mekke'nin fethinden sona yaptığı konuşmada Resûlüllah "Bundan böyle riba (faiz) ayaklarımın altındadır, ilk ilga ettiğim riba da amcam Abbas'ın riabsıdır" sözü neyi hatırlatıyor. Faizcilik yapana ne denir?
12. şayet Abbâs gizli el ve destekçi ise on kişilik cennetle müjdelenen kontenjana niçin dahil edilmemiş? Yeri gelmişken, dünyada cennet biletinin kesilemeyeceğini ve bu iddianın tam bir yalan olduğunu bu arada belirtmiş olayım.
13. Son olarak, 630'dan sonra Müslüman olan Abbas'a Resûlüllah'ın Medine'de yer verdiği ve hürmet gösterdiğini, iyi bir sahabi olarak hayatını devam ettirdiğini, Resûlüllah'ın vefatı sırasında toplumu teskin ettiğini, yukarıda söylenenlerin daha önceki hayatına dair kesitler olduğunu, Müslüman olmasından sonra geçmişinin onu bağlamayacağını, ancak bazı gerçekleri anlatabilmek adına siyer üzerinde ne tür karartmaların yapıldığını göstermek için örnek verdiğimi hatırlatır saygı ve hürmetler arz ederim.

İsrafil Balcı