Wednesday, March 9, 2016

Qədər (tale/kader) nədir?

QƏDƏR (TALE/KADER) NƏDİR?

STATİK QƏDƏR:
Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. Onlara bir xeyir yetişdikdə: “Bu Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər. De: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır! 4/78

DİNAMİK QƏDƏR:
Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması kifayət edər. 4/79

Nədir dalbadal gələn bu ayələrin anlami?

Burda önəmli bir ayırma gərəkdir. Allahın təyin etdiyi ümumi qədər-Allahin ölçüsü,nizamı və sistemi. (17/77) Sünnətullah. Buna STATİK qədər deyək. Allah öz statikasında bütün yaradılışın sistemini təyin etmiş və hər şeyin qanununu öz işərisinə yerləşdirmişdir. Hər şey barış və nizamla bu sistemdə öz işini-qulluğunu görər.
İnsanın cinsi, irqi, ailəsi və s. kimi seçimlər statik qədərə daxildir ki, heç kim bunu seçmir və bundan MƏSUL da deyil.
Və bir də bu ümumi qədərin içində İNSAN üçün verilmiş xüsusi bir qədər, ölçü də var: İRADƏ, SEÇİM. Buna DİNAMİK qədər deyək.
İnsanın dinamik qədəri - bu seçim qabiliyyəti nəticəsində Allahın statik qədərinin onun üçün düşəcək tərəflərini seçər və öz taleyini həll edər. Və təqdim olunan bütün variantlar Allahın statikasına-elminə daxil olduğu üçün Allah mümkün bütün nəticələri bilir. Amma hansı nəticəni seçmək insanın qədərinə bağlıdır.

Bir misal:
Maye qəbul etmək insan üçün statik qədərdir. Yəni etməsə yaşaya bilməz. Amma nə qəbul edəcəyi (su və ya şərab) bax bu insanın qədərinə, seçiminə buraxılmışdır.
Deməli, imtahan STATİK qədərə görə deyil, DİNAMİK qədərə görədir.
Məsul olduğumuz SİSTEM deyil, sistemde tutacağımız MÖVQEMİZDİR!

Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir). 76/3

Müəllif: Vüsaləddin Rüstamov

No comments :

Post a Comment