Wednesday, May 4, 2016

Toy barədə

Bu cür bayağı, heç bir məntiqə sığmayan adətlər olar a kişi?
Niyə mənim toyumda aparıcı, məni tanımayan yalandan artistlik edib bəh-bəh-bəh qışqıran, yumru, kvadrat, balaca boy, iri bığlı tamada olmalıdırki?
-Olmaz ki yaxın dostlarımdan biri aparsın toyumu?
Niyə mən toyumu ancaq şadlıq evində etməliyəmki?
-Olmaz ki açıq havada bir bağ evinin həyətində olsun?
Niyə mən toya 300-400 nəfər çağırmalıyamki?
Olmaz ki 60-70 nəfər yaxın bildiyim insanlar olsun?
Niyə mən toyda 20-30 növ yemək masası açdırımki?
5-6 növ olsa nə olacaqki?
Toylardakı musiqilər barədə heç demirəm,onlar bir ayrı dərd.
Əgər mənim imkanım varsa niyə mən toya gələnlərdən pul yığım ki? (imkan-falan yoxdu ha).
Əgər ola-ola yığsam belə, niyə o pulnan evlənə bilməyən imkansızlara kömək etməyimki,yeni evlənən biri olaraq,onları məndən yaxşı kim başa düşə bilərki?
Niyə mənim evimdə, evlənmədən qabaq olan əşyalarla,normal yaşadığım halda, qız evinin borc eləyib cehiz almağına niyə imkan verim?
Niyə məni sevən bir qadın,imkanım olmaya-olmaya məndən qızıl tələb etsinki?Halbuki onuda borc-xərclə alacağımı bilə-bilə?
Niyə mən yalansız,namuslu,ağıllı bir qadın axtardığım halda, özüm də o cür kişi olmayımki???
~Ceyhun Ceyhunov