Friday, December 4, 2015

Təktanrılıqda rəhmətin simvolu

Əhdi-Ətiqdə olan Hz.Əyyubun hekayəti onu anladır ki, insan qanundan yüksək təslimçi olmalıdır. Bu paradoksu izah etmək mümkünsə belə etmiş olaram: mal-mülkdən, yaxınlarından, sağlamlığından keçmək öz bütün kədərinə rəğmən daha "asan"dır, nəinki Tanrını ədalət qanunundan yuxarıda anlamaq.
Hz.Əyyub şeytanın bütün sınaqlarından keçdi, lakin Tanrının elə onun ədalət qanunu ilə sorğu-suala çəkdi, "nə üçün" deyə. Mənim günahım nədir ki, cəzalandım? Tanrı isə cavabında qısaca, məalı ilə cavab verdi: dünyanı ədalətlə yaradanda hardaydın, nə sual edəcək gil öz qabdüzəldəninə?!
İşin düyünü orasındadır ki, şeytan Tanrıya öncə (hələ Əyyubun var-dövləti, ailəsi, sağlamlığı əlindən çıxmamış) sual vermişdi: onu haqlı olaraqmı belə uca məqama layiq bilmisən? Onu dünyada mənə ver. İkinci dəfə isə onun özünü mənə ver deyə izn almışdı. Tanrı isə hər ikisində "qanun və insan" sualını anlatsın deyə icazə vermişdi. Əyyub sonda şeytanın Tanrıya verdiyi sualın mənaca demək olar eynisini verir: etmədiyimə görə nə üçün belə oldum.
Rəhmət olan yerdə qanun Tanrı ola bilməz, insan buna görə qanundan yüksəkdir. Tanrı "insan qurbanı" qadağan olan qanununu pozaraq, oğlunu qurban gətir deyə İbrahimlə sınağı da bunu göstərir.
Adəmə bu ağacı yemə, yoxsa "yaxşı-pis" oyununa daxil olarsan provakasiyası və bununla insanın qanunlar, örtünmə dünyasına cəlb olunması da göstərir ki, insan qanuna riayət edən, amma ondan yüksəkdir.
Yalnız eyni olduğunla qanunla çəkişə bilərsən. Vermədiyin sualın cəzası, verdiyinin rəhməti vardır. Etiraf insanın özünə verdiyi ən böyük sual olduğu üçün tövbə təktanrılıqda rəhmətin simvoludur. (Firudin Həsənov)

No comments :

Post a Comment