Monday, April 4, 2016

Uzun sözün qısası "Tanrı var"


Dilənçi: Allah rizası üçün, nə verərsən, verərsən.
Mən: Tanrı yoxdur.
Dilənçi: Qaqaş, sənin "Tanrı yoxdur" dəyərləndirmən irrasional fikirdir. Çünki mövcud olan kainatı açıqlamaq üçün baş vura biləcəyimiz ən məntiqli, ən rasional açıqlama Tanrının varlığıdır. Sən də mövcud olan alternativlər içində ən məntiqli olanı inkar etməklə irrasional duruma düşürsən. "Maddə niyə var? Nəyə görə yoxluqdan bir şeylər yarandı? Fizik qanunları niyə kainatı nizamlı şəkilə salacaq və həyatın ola biləcəyi bir kainat yaradacaq şəkildədir" və s. kimi sualların ən məntiqli açıqlaması təbiətüstü, metafizik bir Varlığın bunları etməsidir. Çünki "heçlikdən heçlik çıxar"; heçlik heç bir potensiala sahib deyil, heç bir potensiala sahib olmayan bir "şey"dən (heç bir şeydən) bir şeylər (maddə, kainat) yaratmağı ancaq Tanrı kimi qüdrətli və elmli olan bir varlıq yarada bilər. Gottfrier Leibniz-in də soruşduğu kimi "nədən heç bir şeylər yerinə bir şeylər var?" sualı hələ da cavabını gözləyir. Varlıq niyə var? Biz deyirik ki, zorunlu bir varlıq: Tanrı var və O da hər şeyi var edib, kainat özü zorunlu və əzəli ola bilməz çünki o yaradılıb, həmçinin kainat özü özünün açıqlaması ola bilməz, çünki kainatın özü fizik qanunlarına tabe olan və yoxdan yaradılan bir nəsnədir, onun var olması üçün bir səbəbə ehtiyacı var. Həmçinin son elmi araşdırmalar kainatın yaranması zamanı başlanğıcda çox həssas bir nizamın olduğunu göstərir. Məsələn, Big Bang-in baş verməsi zamanı patlama sürəti bir az çox və ya az olsaydı, kainat yarana bilməzdi, mən sənə hələ entropiyanın miqdarındakı nizamdan və s. kimi 20-ə yaxın həssas nizamlardan danışmıram. Bunlar hamsı elmi faktlardı...Bütün bunları ələ aldıqda bunların bütöv bir açıqlaması üçün Tanrıya baş vurmamız daha məntiqli deyilmi? Yəni bütün bu dəlillər Tanrının varlığını qəbul etmək üçün bizə rasional əsas verir. Uzun sözün qısası "Tanrı var", davay mənim pulumu ver.
Mən: 404 not found error

Müəllif: Rəşad Əli Eyvazov

No comments :

Post a Comment